Bu barədə İcmadan bildirilib.
"Qərbi Azərbaycan İcması hesab edir ki, keçən ilrevanşist Ermənistan müxalifətinin minlərlə insanın iştirakı ilə “Türksüz Ermənistan” şüarı ilə İrəvanda keçirdiyi irqçi aksiyalara beynəlxalq ictimaiyyət tərəfindən lazımi reaksiya verilsəydi, bu gün Ermənistanda bəlkə də belə əməllər təkrarlanmazdı.
Qərbi Azərbaycan İcması Ermənistan cəmiyyətində revanşistlərin keçmiş münaqişəyə dini rəng verməsini yolverilməz hesab edir və beynəlxalq ictimaiyyəti, o cümlədən BMT-ni, onun xüsusi məruzəçilərini, Avropa İttifaqını, onun Ermənistandakı Missiyasını, Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətinə tez-tez səfər edən ölkələrin səfirlərini, Avropa Şurasını, beynəlxalq qeyri-hökumət təşkilatlarını bu kimi təxribatçı, ksenofob, Azərbaycanafob əməlləri pisləməyə çağırır", - məlumatda deyilir. (APA)