12.09.2025, 16:53
AZ EN
12.09.2025, 13:51 201

Türkiyənin xüsusi nümayəndələri Ermənistandadır

XƏBƏRLƏR
  • Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə danışıqlarda xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistanda səfərdədir.

"Vətən səsi" xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Bildirlir ki, Serdar Kılıçı “Marqara” nəzarət-buraxılış məntəqəsində Ermənistanın xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyan qarşılayıb.

 

Xatırladaq ki, Türkiyə nümayəndə heyətinin Zəngəzur dəhlizi ilə bağlı İrəvana səfər edəcəyi ilə məlumatı dünən Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan açıqlamışdı. O, səfər çərçivəsində Ermənistan rəsmiləri ilə müxtəlif səviyyəli görüşlər keçiriləcəyini, “Tramp yolu” adlandırılan Zəngəzur dəhlizi ilə bağlı məsələlərin detallı şəkildə müzakirə olunacağını söyləmişdi. Erməni nazir ABŞ hökumətinin nümayəndə heyətinin də eyni məqsədlər üçün yaxın günlərdə Ermənistana səfərinin nəzərdə tutulduğunu bildirmişdi.

Elxan SALAHOV

 

Oxşar xəbərlər