"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan söyləyib. O, bildirib ki, Azərbaycanla münasibətlərin normallaşdırılması və davamlı sülhün əldə edilməsi üçün çox mühüm addımlar atılı, əsas məsələlərlə bağlı ciddi razılaşmalar var: “Lakin bir daha deyirəm, biz hələ davamlı sülhə gedən yolun başlanğıcındayıq. Biz uzun otuz ildən artıq müharibə şəraitində olmuşuq, diplomatik əlqaələr tamamilə bloklanıb. İndi idə blokların açılması üçün səylə çalışırıq. Sülh danışıqları çox uzun prosesdir, normallaşmaya nail olmaq, sülh yolunda deyilən hər bir söz baxımından ehtiyatlılıq tələb edir. İki xalq arasında qanlı tarixin olduğunu da inkar edə bilmərik və bütün bunlar normallaşmaya nail olmaq üçün hərtərəfli düşünüb uyğun qərarlar qəbul edilməlidir".
Erməni naziri vurğulayıb ki, sülh heç vaxt dost deyil, yalnız əvvəllər münaqişəsi olan ölkələr arasında bərqərar olur. Onun fikrincə, yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa belə, bu, hər şeyin başa çatması anlamına gəlmir: “Hazırkı vəziyyət stabildir, hələ ki, tərəflər bir-birinə atəş açmır, eskalasiya riski sıfıra doğru gedir, qaynar münaqişə riski minimaldır, amma hələ də bir çox problemlər qalmaqdadır”.
Ararat Mirzoyan Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası prosesində gözlənilən yeniliklərdən də danışıb. O, qeyd edib ki, sərhədlərin demarkasiyasında müəyyən dəyişikliklər ola bilər: “Ermənistan 30 ilə yaxındır blokadadadır, indi fürsət əldə etmişik. Ona görə də bunu tezliklə imzalanmış prinsiplər: ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, suverenlik və yurisdiksiya əsasında edəcəyik. Ermənistan daxilində manipulyasiyalar dayanmır. Vaşinqtonda əldə edilmiş razılaşalardan sonra həm ABŞ tərəfi, həm də Azərbaycanla işləyirik, yəni qarşılıqlı fəaliyyətdəyik. Mümkündür ki, sərhədin demarkasiyası prosesində hansısa yeni nəsə dəyişiklik olsun".
Elxan SALAHOV