Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında Beynəlxalq Donorlar Birliyinin Qarabağın erməni əsilli sakinlərinə etdikləri yardıma münasibət bildirərəkən deyib.
“Beynəlxalq donorlar Birliyi Azərbaycanın Qarabağ bölgəsindən könüllü olaraq Ermənistana köçmək qərarına gələn və mülki ermənilərə kömək etməsi müsbət əlamətidir. Lakin Ermənistanın 30 illik işğalı nəticəsində qanlı etnik təmizləməyə məruz qalan bir milyon azərbaycanlı məcburi köçkün və qaçqın donor icması tərəfindən tam cəhalət və ayrı-seçkiliklə üzləşir. Humanitar yardımın göstərilməsi etnik mənsubiyyətindən, irqindən və dinindən asılı olmayaraq çox vacibdir”, - deyə hikmət Hacıyev bildirib.
Prezidentinköməkçisi qeyd edib ki, Azərbaycan hökuməti 30 ilə yaxındır ki, milyonlarla məcburi köçkün və qaçqının bütün ehtiyaclarını təmin edir.
“Biz bu sahədə ikili standartlarla qarşılaşırıq. Ermənistan tərəfindən yerlə yeksan edilmiş və minalarla kütləvi şəkildə basdırılmış torpaqlara azərbaycanlı qaçqın və məcburi köçkünlərin təhlükəsiz qayıtmasının təmin edilməsi qarşıda duran böyük vəzifə olaraq qalır”. – deyə bildirilib.(APA)