10.09.2025, 21:01
AZ EN
04.09.2025, 10:28 56

İranlı diplomatın Zəngəzur dərdi...

XƏBƏRLƏR
  • İranın Ermənistandakı səfiri Mehdi Subhani İrəvanda diplomatik missiyasını başa vurmaq ərəfəsində Zəngəzur dəhlizi ilə bağlı sərt və sərsəm açıqlama ilə çıxış edib.

"Vətən səsi" xəbər verir ki, iranlı diplomat “ISCA News”a müsahibəsində Zəngəzur dəhlizindən danışarkən həqiqətə uyğun olmayan, qərəzli fikirlər səsləndirib.  ilə bağlı mövqeyini açıqlayıb. O, həmin müsahibəsində nə Vaşinqtonda imzalanmış sənəddə, nə də Bakı ilə İrəvan arasında müzakirə olunan sülh sazişində dəhliz anlayışının olmadığını iddia edib.

Mehdi Subhani bildirib ki, əldə olunan razılaşmlarda söhbət yalnız nəqliyyat marşrutlarının açılmasından gedir və Ermənistan bu xətlər üzərində tam nəzarəti özündə saxlayacaq. O, erməni ictimaiyyətini aldadaraq əlavə edib ki, sənədlərdə "Zəngəzur dəhlizi" ifadəsi yoxdur və yeni açılacaq yolda pasport və gömrük yoxlamaları, təhlükəsizlik məsələləri İrəvanın "suveren hüququ" kimi təsbit olunub.

Sübhani daha bir yalan danışaraq dəhlizin 99 il müddətinə icarəyə veriləcəyi barədə razılaşmaları da şübhə altına alaraq bunu şayi adlandırfıb. O, layihənin yalnız Ermənistanın suverenliyi çərçivəsində həyata keçiriləcəyini vurğulayıb.

İranlı diplomat əlavə edib ki, Tehran tərəfindən irəli sürülən beş prinsip — suverenliyə hörmət, ərazi bütövlüyü, məhkəmə yurisdiksiyası, qarşılıqlılıq və sərhədlərin dəyişməzliyi tam şəkildə nəzərə alınıb.

Xatırladaq ki, Mehdi Sübhaninin Ermənistandakı diplomatik fəaliyyəti bu ay başa çatır. Bu münasibətlə Ermənistanın dövlət və hökumət qurumlarının rəhbərləri rəsmi qəbul keçirərək onunla vida görüşlərinə başlayıb. Onun Zəngəzur dəhlizi ilə bağlı son açıqlaması təsadüfi sayılmır. İranın diplomatiyadan çox “təxribat missiyası”nı yerinə yetirən səfirin səlahiyyətlərinin sonunda belə bir açıqlama verməsi də gözlənilən idi. Çünki onun İrəvandakə fəaliyyətinin əsas istiqaməti İran-Ermənistan dostluğunu möhkəmləndirilməsindən daha çox İrəvan-Bakı münasibətlərinin normallaşmasının qarşısını almağa yönəlmişdi.

Beləliklə, Mehdi Subhani diplomatik fəaliyyətini başa vurarkən, Ermənistanın təbliğat dilindən istifadə etməklə Zəngəzur dəhlizinə qarşı çıxır, əldə olunmuş razılaşmalarda “dəhliz” ifadəsinin işlənmədiyini iddia edir və bunun  Bakı-İrəvan münasibətlərin normallaşması fonunda sülh prosesini tormozlamağa çalışır.

Elxan SALAHOV

Oxşar xəbərlər