Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərin görə, bir tərəfdən, dünyanın aparıcı iqtisadi və siyasi güc dövlətinin Azərbaycan rəhbərinin çıxışını paylaşması qürurverici olmaqla yanaşı, digər tərəfdən bu heç də beynəlxalq münasibətlərdə mütəmadi müşahidə edilən hal deyil: "Belə ki, ABŞ Prezidentləri çox az hallarda digər dövlət rəhbərlərinin çıxışlarını paylaşırlar. Bu həmçinin cənab Əliyev tərəfindən Xankəndidə təşkil edilən forumda qaldırılan məsələlərə qlobal diqqət kimi xarakterizə olunmalıdır.
Ermənistan işğalı zamanı baxımsız şəhərə çevrilən və son 2 ildə yenidənqurma və inkişaf mərhələsinə qədəm qoyan Xankəndi şəhərində keçirilən forum ilə bağlı belə bir paylaşımın olması həm də geosiyasi əhəmiyyət daşıyır. Xankəndidə verilən mesajlar paylaşılır və qlobal olaraq yüksək səviyyədə müzakirə edilir.
Millət vəkili daha sonra əlavə edib ki, Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi ötən il 2022-ci il ilə müqayəsidə 3 dəfədən çox artıb: "2022-ci ildə 570 milyon dollar olan ticarət dövriyyəmiz, 2023-cü ildə 904 milyon, ötən il isə 1 milyard 752 milyon dollar olub. Dövlətlər arasında əməkdaşlığın inkişaf edən dinamıkası ticarət və qarşılıqlı sərmayə qoyluşları sahəsində daha geniş imkanlar yaradacaq".
Tahirə AĞAMİRZƏ