Bu sözləri jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.
O deyib ki, İcma səsini beynəlxalq müstəviyə çıxara bilib: Xüsusilə, bu yaxınlarda mayın 4-5-də İslam Əməkdaşlıq Təşkilatı və bu təşkilatın üzvü olan 57 dövlət Qərbi Azərbaycan qaçqınlarının geriyə qayıtmaq hüquqlarını tanıyıb. Biz belə münasibəti beynəlxalq təşkilatlardan, xüsusilə, BMT-nin qurumlarından da gözləyirik”. (AZERTAC)