14.11.2025, 07:10
AZ EN
13.10.2025, 14:37 234

Mehri dəmir yolunu Köçəryanın oğlu sökdürübmüş...

XƏBƏRLƏR
  • Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən Mehri dəmir yolunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan sökdürüb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Arman Yeqoyan bildirib. O, qeyd edib ki, keçmiş prezident hazırkı hakimiyyətə və konkret olaraq Baş nazir Nikol Paşinyana qarşı korrupsiya ittihamları səsləndirməkdə nəinki haqsızdır, hətta özünü gülünc yerinə qoyub: "Mehri dəmir yolunun relslərini söküb qəpik-quruşa satan Nikol Paşinyan idi? Haradadır o korrupsiya? Amma necə olur ki, Köçəryan prezident olarkən onun oğlu iri sahibkar, avtomobil və telefon idxalçısı ola bildi?".

Köçəryanı "Rusiyanın Ermənistandakı qubernatoru" adlandıran Arman Yeqoyan əlavə edib ki, keçmiş prezident "Qarabağ kartı" üzərindən hakimiyyətə gəlib və buna görə indi Bakı ilə sülh danışıqlarının pozulması üçün çalışır. Onun sözlərinə görə, Köçəryan və onun müxalifətçi dostları heç bir halda istədiklərinə nail ola bilməyəcəklər: "Hər şeydən əvvəl ona görə ki, nə Köçəryanın, nə də digər müxalifət nümayəndələrinin buna imkanı yoxdur. Belə olan halda onların Azərbaycan-Ermənistan sülh prosesinə yanaşmaları da bir işə yaramayacaq. Bəziləri avqustun 7-də “Vaşinqtonda heç bir sənəd imzalanmayacaq” deyirdilər, amma ertəsi gün sənəd imzalandı. Köçəryan və müxalifətçi dostları bunu unudublarmı?".

Ermənistandakı hakim partiyadan olan deputatı müxalifət nümayəndələrinin sərhədlərlə bağlı apardıqları təbliğatın da fiaskoya uğradığına diqqət çəkib. Arman Yeqoyan deyib ki, Köçəryan və tərəfdarlarının söylədiklərinin əksinə olaraq, Azərbaycanla Ermənistan arasında sərhədlərini delimitasiyası prosesində çox ciddi irəliləyişlər var: "Onlar Ermənistanın qapalı ölkə olmasını istəyirdilər. Deyirdilər ki, yalnız qapalı sərhədlərlə Ermənistan inkişaf edə bilər. Bəs, nə oldu, inkişaf etdimi? Səhv etdilər, nəticə çıxarmadılar, indi yenə insanları eyni yola çəkmək istəyirlər. Deyirlər, niyə bu məhsul Ermənistanda bahadır, Gürcüstanda ucuz? Çünki logistika xərcləri qiymətə daxil olur. Sünikdən keçən yoldan (Zəngəzur dəhlizini nəzərdə tutur - red.) barədə danışarkən, “maneəsiz” sözündən qıcıqlanırlar. Bundan qıcıqlanan həmin Köçəryandır ki, prezident olarkən Mehrini Qarabağla dəyişdirməyi təklif etmişdi”.

Elxan SALAHOV

Oxşar xəbərlər