16.04.2025, 01:40
AZ EN
14.04.2025, 17:23 127

İran Ermənistanla strateji sənəd imzalamağa hazırlaşır

XƏBƏRLƏR
  • İran və Ermənistan səylərini strateji münasibətlərə dair sənədin imzalanmasına yönəltməlidir.

"Vətən səsi" xəbər verir ki, bunu İran xarici işlər nazirinin birinci müavini Məcid Təxt Rəvançi deyib. İranlı diplomat iki ölkə arasında strateji münasibətlərlə bağlı sənədin imzalanmasının mümkün olub-olmaması ilə bağlı suala belə cavab verib: “Niyə olmasın?! Biz səylərimizi bu istiqamətə yönəltməliyik. Hesab edirik ki, bu tendensiya var, hər iki tərəf strateji müttəfiqlik sənədinəə doğru irəliləməyə maraq göstərir. Düşünürəm ki, hər iki tərəfin strateji münasibətlərə malik olması üçün daha yaxşı əsas ola biləcək fundanental sənəd üzərində işləməliyik. Yaxşı bir sənəd hazırlamaq üçün vaxt lazım ola bilər, amma hesab edirəm ki, hər iki tərəf öz maraqlarını göstərdikcə, bu məqsədə çatmaq üçün daha çox çalışmalıyıq”.

 

Elxan SALAHOV

Oxşar xəbərlər