"Vətən səsi" xəbər verir ki, erməni mətbuatı Paşinyanın Azərbaycana məxsus olan və 1992-ci ildən Ermənistanın işğal etdiyi Kərkinin yaxınlığında yerləşən Sevakavana getdiyini yazır.
“Paşinyan Sevakavana getsə də, onun yanındakı Tiqranaşenə (Kərki) baş çəkmədi. Bu, anklav kəndin Azərbaycana qaytarılacağını təsdiq edir. Kəndin qaytarılacağı məsələsi Paşinyanın komandasında da müzakirə edilir. Hakimiyyətdəki mənbələrimiz bildirirlər ki, Paşinyanın Ararata (Vedi) səfəri bölgələrdə nüfuzunu göstərmək məqsədi daşıyır. Lakin onun Tiqranaşenə getməməsi suallara səbəb oldu”, - deyə “Hraparak” nəşri yazır.
Məqalədə o da qeyd edilir ki, hələ may ayında Ermənistan hökuməti Qarabağdan köçən ermənilərin sərhəd ərazilərində yerləşdirilməsi üçün mənzil proqramramları üzrə siyahının təsdiqi və maliyyələşdirilməsi barədə qərar qəbul edilib. Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyasının növbəti mərhələsində Kərki kəndi Azərbaycana təhvil veriləcək.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 29,743 kv.km ərazisinə Kərki və Tavuşdakı anklavların daxil olmadığını dəfələrlə elan edib. Qarabağdan köçən ermənilərin sərhəd ərazilərində yerləşdirilməsi üçün mənzil proqramramları üzrə siyahının təsdiqi və maliyyələşdirilməsi barədə qərarı rəsmi İrəvanın Kərkini təhvil vermək niyyətini göstərir.
Elxan SALAHOV