Bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
"Santo-Dominqoda onlarla insan həyatını itirməsinə və yaralanmasına səbəb olan binanın çökməsi ilə əlaqədar Dominikan hökumətinə və xalqına başsağlığı veririk. Bu faciəli hadisədə yaralanan hər kəsə şəfa diləyirik", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Dominikan Respublikasının paytaxtın Santo Dominqoda “Jet Set” gecə klubunun damının uçması nəticəsində 124 nəfər həyatını itirib. (Report)