17.04.2025, 10:50
AZ EN
08.04.2025, 15:25 272

Azad olunmuş ərazilərdə mina təhlükəsi davam edir

XƏBƏRLƏR
  • Bir neçə il  bundan qabaq Ermənistandan mina xəritələrini almışdıq. Sonradan bəlli oldu ki, o xəritələrin yalnız 25 faizi doğruluğu əks elətdirir.

Son dövrlər yenə də mina hadisəsinin şahidi oluruq. Əfsuslar olsun ki, azyaşlılar da  bu prosesin qurbanına çevrilirlər. Hətta Omudsmanın bir çağırışı var idi mina təhlükəsi ilə bağlı. Beynəlxalq ictimaiyyətə çağırış edirdi. Ermənistan tərəfi isə əgər xoş görüşlü olsa o mina xəritələrinin dəqiq variantını bizə təqdim edə bilər. Lakin bundan da qaçırlar. Hal-hazırda Azərbaycan vətəndaşları mina təhlükəsi ilə üz-üzədir. Bu prosesi necə tənzimləmək mümkündür?

Bu sualı Milli Məclisin deputatı Tural Gəncəliyev ARB24-ə açıqlamasında belə cavablandırmışdır.

“Təəssüf ki, Ermənistanın keçən dövr ərzində mina məsələsi ilə bağlı Azərbaycanla hansısa bir şəkildə Azərbaycana töhfə verməsi, nəinki töhfə verməsi hiss olunmayıb, əksinə yalan məlumatlar verməsi ilə daha böyük ziyan vurmağa çalışmışdır. Görünən odur ki, bu mina terroru təəssüflər olsun ki, davam edir. 2020-ci ildən bəri artıq 400-ə yaxın  vətəndaşımız hılak olmuş, yaralanmışdır. Bu, çox böyük və ciddi problemdir. Təsəvvür edir, 30 il , elə mənim özüm daxil olmaqla,  keçmiş məcburi köçkünlər olaraq 30 il oturub  gözləmişik. Torpaqlarımız işğaldan azad olunub. İndi qayıdırıq və mina partlayır, mina qurbanına çevrilirik. Onun çox böyük aspektləri var. Hələ bunun fizioloji insan sağlamlığına olan zərərlərini qoyaq kənara, o öz yerində. Bunun  hüquqi tərəfi var, humanitar tərəfi var,  psixoloji tərəfi var. İnsanlar əlil olur.  İnsanlar psixoloji travma keçirir. Çünki böyük həvəslə, böyük  ruhla biz torpaqlarımıza geri dönürük, amma bu mina da, elə bil bir milyona yaxın minadır, təbii şəraitdən asılı olaraq  sular, çaylar o minaları gətirib təmizlənən yerə çıxara bilir və böyük, ciddi problemdir.  Həm də burda Ermənistanın sanki davam edən terroru da demək olar və əməkdaşlıq etmirlər.  Məsəl üçün, biz sizinlə burda oturub danışıqır, Avropa Şurası Parlament Assambleyası Strasburkda ssesiyaya başlayır. Aydın məsələdir ki, ölkəmizə qarşı çəfəng bəyanatlar verəcəklər. Amma görək, mina ilə bağlı bir nəfərin orda cürəti çatacaqmı durub heç olmasa, mina problemini, vətəndaşlarımızın həlak olmasını qabartsınlar. Məncə, cürəti çatmayacaq. Çünki onlar üçün insan hüquqları da diskrimativdir, riyakardır,  ikiüzlüdür.  Erməni hüquqları onlar üçün prioritetdir. Ancaq  azərbaycanlıların hüquqları yox”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər