16.04.2024, 15:44
AZ EN
01.07.2022, 17:15 282

"Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib

XƏBƏRLƏR
  • "Discovery" telekanalı Azərbaycanın erməni işğalından azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib.

Reportajda vurğulanır ki, bir vaxtlar çiçəklənən Ağdam erməni işğalı nəticəsində “kabus" şəhərə çevrilib.

Materialda vurğulanır ki, bir vaxtlar həyatın qaynadığı şəhərin əvvəlki görkəmindən əsər-əlamət qalmayıb.

"Bu gün bura gələrkən yalnız xarabalıqları görmək olar", - reportajda deyilir.

Bununla belə, reportajda vurğulanır ki, 30 ilə yaxın işğaldan sonra şəhərin azad edildiyi 44 günlük ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan bu ərazilərin inkişafına və bərpasına investisiya qoyur.

“Yaxın vaxtlarda şəhər tamamilə bərpa olunacaq və həyat Ağdama qayıdacaq”, - materialda deyilir. (Trend)

Oxşar xəbərlər