23.11.2024, 02:04
AZ EN
17.09.2022, 17:40 398

Xarici jurnalistlər Şuşa ilə tanış olublar

XƏBƏRLƏR
  • Bir qrup xarici jurnalist Şuşa şəhəri ilə tanış olub.

Xarici media nümayəndələri Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət ediblər.

İşğal zamanı ermənilərin həmin heykəlləri Ermənistana apararaq əritmək istədikləri qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.

Sonra Aşağı Gövhərağa məscidində, karvansarada olan jurnalistlərə orada aparılan bərpa işləri barədə məlumat verilib.

Sonda isə xarici jurnalistlər Şuşa qala divarını ziyarət ediblər.

Qeyd olunub ki, Pənahəli xanın müdafiə məqsədilə tikdirdiyi qala Şuşa ovalığında əlçatmaz yerdə inşa olunub. Qala hər tərəfdən sıx meşələrlə əhatə olunurdu, bu da onun müdafiəsini gücləndirirdi. (Report)

Oxşar xəbərlər