11.06.2025, 14:57
AZ EN
19.02.2025, 17:29 172

20 ildə Ermənistanı hansı ölkələr və necə silahlandırıb...

XƏBƏRLƏR
  • 2001-ci ilin əvvəllərindən 2021-ci il mayın sonlarınadək olan müddət ərzində Rusiyadan gizli üsullarla Ermənistana, oradan isə Ermənistanın hərbi təcavüzü nəticəsində əvvəllər işğal altında olmuş Azərbaycan ərazilərinə gətirilən silahların siyahısı açıqlanıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Bakıda həbsdə olan erməni separatçılarının cinayət işi üzrə məhkəməsində bildirilib. Qeyd olunub ki, həmin silahlar Azərbaycan ərazilərində qanunsuz olaraq qurulmuş mühəndis-istehkam mövqelərinə yerləşdirilməklə ölkəmizə qarşı təcavüzkar müharibədə istifadə edilib. Söhbət “İsgəndər-M” əməliyyat-taktiki təyinatlı ballistik raket, “Toçka-U” taktiki raket kompleksi, “9K33 OSA” özüyeriyən zenit raket kompleksi, “S-8” idarə olunmaz təyyarə raketi, “Smerç”, “TOS-1A Solntsepek” sistemləri, “İqla-S” zenit-raket kompleksləri, tank əleyhinə idarəolunan “Konkurs” və “Kornet” raketləri, “RPQ-26” qumbaraatanları və digər iriçaplı odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğulardan gedir.

Xatırladaq ki, rəsmi İrəvan məhz erməni diasporun maliyyə yardımlarından bəhrələnərək dünyanın bir sıra ölkələrində offşor şirkətləri vasitəsilə külli miqdarda sursat-silah alıb. Böyük əksəriyyəti qanunsuz yollarla əldə edilən silahlar “humanitar yardım” adı ilə rəsmiləşdirilərək təyyarələrə yüklənib, dərman preparatları və ərzaq konteynerləri formasında Ermənistana, oradan isə Qarabağa daşınıb.

Ayrı-ayrı ölkələrdən Ermənistana humanitar yardım adı ilə tank əleyhinə daşınan zenit-raket sistemləri, bu sistemlər üçün raketlər, minatan minaları, haubitsalar üçün mərmilər, güllələr arasında artıq İraqdan gətirilən sursatla silah da var. Belə ki, İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin ikinci böyük şəhəri olan Suleymaniyyədən İrəvana təyyarə yollanıb. Sülaymaniyyədən Ermənistana, İrəvandakı Zvartnots aeroportuna HYA7016 reysi ilə uçan Boeing 737-400 yük təyyarəsi gizli uçuşun həyata keçirildiyi də sirr deyil.

Elxan SALAHOV

Oxşar xəbərlər