24.04.2025, 03:46
AZ EN
27.01.2025, 15:16 191

"Erməni soyqırımı" iddiası iflasa uğrayır

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan Davos iqtisadi forumunun keçirildiyi İsveçrəyə səfəri çərçivəsində Zürixdə erməni diasporu ilə görüşüb. O, burada "erməni soyqırımı" məsələsindən danışıb və bunun yenidən araşdırılmasının zəruri olduğunu deyib.

“Vətən səsi” xəbər verir ki, Paşinyan qondarma erməni "soyqırımı" ilə bağlı iddiaları araşdırmaq üçün tarixi sənədlərə tanış olmağın vacibliyini etiraf edib: “Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə "soyqırımı" gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu".

Erməni mətbuatı yazır ki, Paşinyanın 1915-ci il hadisələri ilə bağlı yeni göstəriş verib və həmin illərdə ölən ermənilərin siyahısının tərtib olunmasını istəyir. Paşinyanın bu təşəbbüsünü "çox təhlükəli" adlandıranlar da var. Müxalifətçilər iddia ki, bu inkar tezisidir və bunu türklər ötən əsrin 60-cı illərindən dövriyyəyə buraxıb. Hətta bu addıma görə Nikol Paşinyan hökumətini Türkiyədən tapşırıq almaqda ittiham edənlər də az deyil.

Hazırda Ermənistanda vəkillik xidməti göstərən Aşot Simonyan isə bir az da uzağa gedərək Baş naziri qondarma erməni “soyqırımı”nı şübhə altına almaqda qınayaraq onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. Simonyanın fikrincə, Paşinyan İsveçrədə erməni icmasının nümayəndələri ilə görüşərkən “soyqırımı”na şübhə ilə yanaşıb: "Paşinyan orada dedi ki, 1939-cu ildə "erməni soyqırımı" gündəmdə yox idi və necə oldu ki, bu, 1950-ci ildə gündəmə gətirildi? Paşinyanın bu çıxışı açıq şəkildə Ermənistan Respublikası Cinayət Məcəlləsinin 136-cı maddəsində nəzərdə tutulmuş soyqırımı və ya insanlığa qarşı cinayətləri açıq şəkildə inkar etməkdir. Bu qanunu pozan rəsmi şəxslərin iki ildən beş ilədək müddətə azadlıqdan məhrum edilməsi nəzərdə tutulub".

Nikol Paşinyan bir müddət əvvəl demişdi ki, “erməni soyqırımı” məsələsi sovet dövründə süni şəkildə kəskinləşdirilib. Bunun əsas səbəbi isə Türkiyənin NATO-ya üzv qəbul edilməsi olub. 2024-cü ildə xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, erməni "soyqırımı"nın beynəlxalq tanınması məsələsi İrəvanın xarici siyasətinin prioriteti deyil.

Xatırladaq ki, Türkiyə hökuməti 1915-ci il hadisələrinin tarixi sənədlər və digər mənbələır əsasında araşdırılımasının tərəfdarıdır. Prezident Rəcəb Tayyib Ərdoğan dəfələrlə Türkiyənin arxivlərin açılmasına hazır olduğunu, ermənilərin də əlindəki arxiv materiallarını açmasını və birgə komissiyada məsələnin siyasətçilər yox, tarixçilər tərəfindən öyrənilib, qiymətləndirilsini təklif edib.

Elxan SALAHOV

Oxşar xəbərlər