“CNN Türk” kanalının müxbiri Fulya Öztürk öz müsahibəsində belə deyib: “Şuşa necə bir yerdir, niyə belə çox maraqlanırlar, sevirlər deyə düşünürdüm. Şuşaya gəlincə, bunu daha yaxından anladım. 30 il əvvəl Şuşadan məcburi köçkün düşənlər yenidən buraya gəlmək, burada yaşamaq üçün gün sayırlar. Bölgədə həm restavrasiya, həm də inşaat işləri yüksək səviyyədə davam edir”.
Həmçinin “CNN Türk” kanalının müxbiri Fulya Öztürk Zəngilanın Ağalı kəndini gəzərək doğma torpaqlarına 28 ildən sonra qayıdan sakinlərlə həmsöhbət olub. Türkiyənin media nümayəndələri işğaldan azad olunan ərazilərimizə səfərlər edərkən xüsusilə Cəbrayılda minatəmizləmə prosesini izləyiblər və həmin görüntüləri reportajlarında təqdim ediblər.
Türkiyənin “A Haber” telekanalnın müxbiri Əminə Kavasoğlu reportajında iki il ərzində 1300-dən çox minanın zərərsizləşdirildiyini bildirib. Həmçinin Gövhər ağa məscidinin restavasiyasından və Şuşanın tarixindən bəhs edib. O, Zəngilanın Ağalı kəndində yaradılan şəraitdən, Ermənistanın növbəti təxribatından da söz açıb. TRTWORLD müxbiri Əli Mustafa da Şuşada bərpa olunan abidələrdən və burdakı yol infrastrukturunun restavrasiyasından danışıb. Şəhərin hələ sovet dövründə kurort mərkəzlərindən biri olduğunu qeyd edib. Burda tikilən yeni otellərin və digər müasir obyektlərin Qarabağda turizmin inkişafı üçün əlverilşli imkan yaratdığını bildirib.
Hazırladı:Tahirə AĞAMİRZƏ