11.07.2025, 23:27
AZ EN
16.01.2025, 14:26 274

ABŞ öz hərbçilərini KTMT üzvü olan Ermənistana göndərərmi...

XƏBƏRLƏR
  • Ermənistanla ABŞ arasında imzalanmış strateji əməkdaşlıq xartiyası erməni lobbisinin təsiri altında qəbul edilib. Görünür ki, sənədin imzalanması üçün Bayden administrasiyasına təzyiq göstərilib. Bu isə erməni lobbisinin Tramp administrasiyasının belə bir sənədə razılıq verməyəcəyindən narahat olmasından qaynaqlanır.

"Vətən səsi" xəbər verir ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqqında sazişdən danışarkən belə deyib. Onun sözlərinə görə, Bayden administarsiyasının səlahiyyət müddətinin başa çatmasına bir neçə gün qalmış bu sənədi imzalaması ermənilərə əlavə problem yarada bilər: "Çünki belə bir addımın atılması yəqin ki, Tramp administrasiyası tərəfindən xoş qarşılanmayacaq. Adətən, hər hansı administrasiya öz səlahiyyət müddətinin sonuna bir həftə qalmış mühüm siyasi sənədlərin qəbulundan çəkinir. Bu baxımdan Ermənistanla ABŞ arasında imzalanmış strateji əməkdaşlıq xartiyası bir qədər qəribə sənəddir".

Politoloq sənədin real icra mexanizmlərinin də böyük sual altında olduğu qənaətindədi. Tofiq Zülfüqarovun fikrincə, xüsusilə ABŞ-dan Ermənistana xüsusi sərhəd mühafizə qrupunun göndərilməsi məsələsi real görünmür: “ABŞ müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıq edib. Bura Xəzəryanı ölkələrlə sərhədlərin müasir avadanlıqlarla təmin edilməsi  üzrə layihələr də aiddir.  Ermənistan isə uzun illər ABŞ-la belə əməkdaşlıqdan məhrum olub. Çünki Ermənistan KTMT-nin üzvü kimi Rusiyanın hərbi müttəfiqi sayılır. Ermənistanla Rusiya arasında hərbi müttəfiqlik və müştərək hərbi birləşmələr barədə sənədlər mövcuddur. Bundan əlavə, onların hava müdafiəsi sistemi də Moskvadan idarə olunur. İndi isə Bayden administrasiyası Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlıq qurmaq istəyir. Ancaq bu əməkdaşlığın reallaşması çətin görünür. Çünki Ermənistanın təhlükəsizlik və hərbi infrastrukturu Rusiya ilə sıx bağlıdır”.

Elxan SALAHOV

Oxşar xəbərlər