20.09.2024, 13:58
AZ EN
22.06.2023, 11:23 190

Baş prokuror: Azad olunmuş ərazilərdə quruculuq işləri yüksək zövq və keyfiyyətlə icra edilir

XƏBƏRLƏR
  • Torpaqlarımızın işğaldan azad edilməsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinə başlanmış, bir sıra beynəlxalq əhəmiyyətli layihələrə start verilmiş, o cümlədən ağıllı şəhər və kəndlərin inşasına başlanmış, enerji infrastrukturu qurulmuş, Zəngilan, Füzuli və Laçın rayonlarında beynəlxalq aeroportların tikintisinə başlanılmış, bunlardan Füzuli və Zəngilan aeroportlarının tikintisi başa çatdırılaraq açılışları edilmiş, Laçın aeroportunun isə qısa müddətdə açılışı nəzərdə tutulur.

Bunu Laçında keçirilən əməliyyat müşavirəsində Baş prokuror Kamran Əliyev deyib.

Qeyd olunub ki, işğaldan azad edilmiş bütün ərazilərdə davam edən sürətli tikinti-quruculuq işləri Laçın rayonundan da yan keçməyib: "Şanlı qələbə nəticəsində azadlığa qovuşmuş digər ərazilərdə olduğu kimi, Laçın rayonuna da həyat yenidən qayıtmış, sürətli quruculuq-bərpa işlərinə başlanmışdır. Laçın şəhəri qısa müddətdə işğaldan əvvəlki görkəmindən daha yaxşı görkəmə qayıtmağa başlamışdır. Burada Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər yüksək zövq və keyfiyyətlə icra edilir. Bu ərazilərə səfər edərkən aparılan quruculuq işlərinin miqyasının necə böyük olmasının şahidi olmamaq mümkün deyil".

Vurğulanıb ki, Prezident İlham Əliyevin dəfələrlə Laçın rayonuna, o cümlədən Laçın şəhərinə səfər etməsi, aparılan bərpa-quruculuq işləri ilə əyani tanış olması, bu bölgənin ölkəmiz üçün böyük önəmini göstərir. (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR