Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O, qeyd edib ki, ermənilərin və Ermənistanın bu cür acınacaqlı duruma düşməsinin iki səbəbkarı var: “Bunlardan biri daxili, digəri isə xarici səbbakarlardır. Xarici deyəndə İran, Rusiya, Fransa kimi xarici gücləri nəzərdə tutram. Təəssüflər olsun ki, bu xarici güclər öz maraqları naminə regionda əbədi sülhüm əldə ediıməsinə mane olurlar. Onların maraqlarından irəli gələrək ermənilər tez-tez atəşkəsi pozur, hərbi təxribatlara yol verirlər”.
V.İskəndərovun sözlərinə görə, daxili səbabkarlar isə Ermənistanda millətçi və radikal qüvvələridir: Bu qüvvələrin prosessə yanaşması hər kəsə bəllidir. Radikallar danışıqlarda əldə olunmuş progressi alt-üst etməyə çalışır. Məsələn, bəlli olduğu kimi, Laçında sərhəd məntəqəsi artıq normal işləyir, ermənilər də rahat və sakit şəkildə bu məntəqədən istifadə edirlər.Lakin radikallar, revanşistlər buna müqavimət göstərmək üçün vəziyyəti gərginləşdirirlər. Beləliklə, hər şey gün kimi aydındır. İndi sadə ermənilər öz gələcəklərinin etibarlı olması üçün bəhs edilən daxili və xarici güclərin təsirindən qurtarmaq üçün hərəkətə keçməlidirlər. Əks təqdirdə isə nəticə onlar üçün arzuedilməz olacaq”. (Trend)