19.04.2025, 07:19
AZ EN
14.01.2025, 09:44 246

Mirzoyanın ABŞ-a gecikmiş səfəri

XƏBƏRLƏR
  • Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Vaşinqtonda işgüzar səfərdə olacaq. Yerli mətbuatın Xarici İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, iki gün davam edəcək səfər çərçibəsində Mirzoyanın amerikalı həmkarları ilə, o cümlədən ABŞ dövlət katibi Antoni Blinkenlə görüşü planlaşdırılır.

"Vətən səsi" xəbər verir ki, politoloq Elxan Şahinoğlu Ermənistan Xarici işlər nazirinin ABŞ-a rəsmiləri ilə planlaşdırılan təmaslarını gecikmiş görüş kimi dəyərləndirib. O, qeyd edib ki, Ararat Mirzoyanın Vaşinqtona “işgüzar səfəri”, dövlət katibi Entoni Blinken və digər rəsmilərlə görüşü ilk baxışdan məntiqsiz görünür: “Çünki bir neçə gün sonra Entoni Blinkeni dövlət katibi postunu tərk edəcək. Yanvarın 20-də Donald Trampın andiçmə mərasimindən sonra dövlət postları vəzifələrini yeni simalar tutacaq. Belə olan halda Ararat Mirzoyanın köhnələrlə görüş məqsədilə Vaşinqtona səfərinin mənası nədir?”

Elxan Şahinoğlu  ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalamağına dair bir neçə gün əvvəl yayılan məlumatlara da münasibət bildirib. O, deyib ki, Ermənistan hökumətinin yaydığı xəbəri ABŞ Dövlət Departamenti təsdiq etməyib: “Halbuki Ararat Mirzoyan sənədin müzakirəsi üçün görüşlər keçiriləcəyinə eyham vurmuşdu. Belə çıxır ki, ya Ararat Mirzoyan, ya da Dövlət Departamenti yalan danışır. Ancaq əgər erməni nazir ABŞ-da hakimiyyət dəyişikliyinə bir neçə gün qalmış vəzifəsini itirəcək dövlət katibi ilə görüşürsə, demək ortada nəsə var. Rəsmi İrəvan Tramp administrasiyasının Cənubi Qafqazda Azərbaycanla tərəfdaşlığı gücləndirəcəyindən ehtiyat edir. Görünür, indidən Vaşinqtonla nəsə imzalamaq istəyirlər ki, Tramp administrasiyası Bayden dövründəki sazişə sadiq qalsın. Ancaq Tramp üçün keçmiş razılaşmaların və sazişlərin heç bir əhəmiyyəti yoxdur”.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR