09.06.2025, 03:16
AZ EN
12.12.2024, 09:41 169

Ermənistandakı radikal birlik təxribata hazırlaşır

XƏBƏRLƏR
  • Ermənistandakı radikal qüvvələr yeni təxribata hazırlaşır. Belə ki, "Hosank" neonasist siyasi hərəkatının üzvləri dekabrın 18-də İrəvanın mərkəzində mətbuat konfransı keçirməyi planlaşdırır.

“Vətən səsi” xəbər verir ki, bu barədə glavny.tv məlumat yayıb. Bilirilir ki, Ermənistandakı radikal qüvvələrin yaratdığı hərəkat Azərbaycana qarşı ərazi iddialarını ən azı siyasi müstəvidə davam etdirmək məqsədilə ABŞ və Avropadakı  tərəfdarlarını  da bu işə cəlb etməklə xaricdən dəstək almaq niyyətindədir.  

Qeyd olunur ki, Ermənistanın, eləcə də Qarabağın tarixi ərazilərini özündə birləşdirən “qüdrətli erməni dövləti”nin yaradılmasına çağırır. Birlik üzvləri ağdərililərin üstünlüyü ideyasını irəli sürür və ölkədə yalnız bütövlükdə erməniəsilli şəxslərin vətəndaşlıq almasına icazə verilməsini istəyirlər. Təşkilat həmçinin erməni diasporunun repatriasiyasını təşviq edir.

Hərəkat yalnız Ermənistanda daimi yaşayan avropalıları dəstəkləyir və digər insanları "müvəqqəti qonaqlar" adlandırır. Radikallar xalqı idarə etmək üçün səsverməyə layiq sayılan vətəndaş azlığı tərəfindən seçiləcək ali liderin yaradılmasını tələb edirlər.

Maraqlıdır ki, yerli mətbuatın yaydığı məlumata görə, Paşinyan hökuməti radikal birliyin planlaşdırdığı tədbirlərə, o cümlədən dekabrın 18-də keçiriləcək mətbuat konfransına mane olmur.

Elxan SALAHOV

Oxşar xəbərlər