27.12.2024, 03:14
AZ EN
28.11.2024, 18:10 133

Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən biri türk dövlətlərinin hərtərəfli inteqrasiyasına nail olmaqdır

XƏBƏRLƏR
  • Prezident İlham Əliyevin xarici siyasət kursunun əsas istiqamətlərindən biri türk dövlətlərinin hərtərəfli inteqrasiyasına nail olmaqdır. Türk Dövlətləri Təşkilatı çərçivəsində, həmçinin müxtəlif çoxtərəfli və ikitərəfli formatlarda iqtisadi və siyasi münasibətlərin daha da yaxınlaşdırılması Azərbaycanın əsas prioritetləri sırasındadır. Bu istiqamətdə görülən işlərin nəticələri artıq göz qabağındadır.

Bu fikirləri açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın təmsil olunmadığı platformalarda belə dost türk dövlətləri ölkəmizi dəstəkləyir. Azərbaycan isə öz növbəsində bu ölkələrə beynəlxalq müstəvidə hərtərəfli dəstək göstərir. Özbəkistan və Qazaxıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhsil ocaqları inşa etməsi və Özbəkistanın Xankəndidə istehsalat müəssisəsi yaratması yalnız iqtisadi addım deyil. Bu, həm siyasi, həm də diplomatik gedişdir.

O bildirib ki, Azərbaycanın yüksək təşkilatçılığı ilə Bakıda keçirilən COP29 tədbiri çərçivəsində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması tədbirin əhəmiyyətini daha da artırıb. Bu saziş karbohidrogen istehsalçısı olan Qazaxıstan və Azərbaycanın yaşıl enerjiyə keçid məsələsində plandan əməli fəaliyyətə keçdiklərinin bariz nümunəsidir. Həmçinin Mərkəzi Asiyanın əhali baxımından ən böyük ölkəsi olan Özbəkistanın da təşəbbüsə qoşulması göstərir ki, bu dövlətlər yaxın gələcəkdə regionda yaşıl enerjiyə keçid istiqamətində aparıcı rol oynayacaq və bu enerjini vahid şəbəkədə birləşdirərək həm daxili tələbatı, həm də ixrac potensialını qarşılayacaqlar. Bu strateji tərəfdaşlığa digər region dövlətlərinin də qoşulma ehtimalı böyükdür. Bu təşəbbüsün müəllifi isə Azərbaycan dövləti və Prezident İlham Əliyevdir. (AZERTAC)

Oxşar xəbərlər