Bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.
İcmanın açıqlamasında qeyd olunub ki, “beynəlxalq ictimaiyyət” təkcə ABŞ senatından ibarət deyil. Beynəlxalq ictimaiyyət dünyada BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatına dörd il rəhbərlik edən Azərbaycana 120 ölkənin etimadıdır. Beynəlxalq ictimaiyyət dünyada ən böyük tədbir hesab olunan COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar verən dünya ölkələridir.
“Səlibçi düşüncəli Ben Kardin insan hüquqları ilə bağlı çox narahatdırsa, onda qoy elə ABŞ-ın özündə yerli amerikalıların hüquqlarının təmin edilməsi ilə məşğul olsun, polis vəhşiliyinə, silahlı zorakılığa qarşı səsini qaldırsın”, - deyə Qərbi Azərbaycan İcmasının açıqlamasında vurğulanıb. (AZƏRTAC)