21.11.2024, 23:37
AZ EN
07.11.2024, 21:40 149

Azad olunan ərazilərə köçürülən 3,5 min sakinin məşğulluğu təmin edilib

XƏBƏRLƏR
  • İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən artıq 3,5 minədək şəxsin məşğulluğu təmin edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.

İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində şanlı qəhrəmanlıq salnaməsi yazaraq əldə etdiyi möhtəşəm tarixi Zəfərin xalqımız üçün əbədi iftixar mənbəyi olduğunu vurğulayıb.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması işləri işəgötürənlərlə fəal və davamlı əməkdaşlıq şəraitində getdikcə geniş miqyas alır. Həmin sakinlərdən 131 şəxs üçün özünüməşğulluq proqramının dəstəyi ilə kiçik ailə təsərrüfatları qurulub.

Bu ilin 9 ayında ölkəmizdə 300 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. O cümlədən, 124 min şəxs münasib işlə təmin edilib, 11,9 min şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb, 12,2 min işsiz şəxsin peşə hazırlığına, 155,2 min şəxsin peşəyönümü xidmətlərə cəlb edilib.

Özünüməşğulluq proqramının genişlənməsinə mühüm dəstək olan, nazirlik tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nin icrası işləri diqqətə çatdırılıb. Layihə çərçivəsində artıq 17,2 min şəxs üçün istehsal və xidmət sahələri üzrə kiçik bizneslər qurulub.

İclasda dövlət qulluğu üçün kadrların müsabiqə və ya müsahibə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının təlimi və inkişafı işləri diqqətə çatdırılıb. Həmçinin əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə müvafiq sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi işlərindən, aparılan islahatlarla əlaqədar yeni hazırlanan normativ hüquqi akt layihələrindən bəhs olunub. (Report)

Oxşar xəbərlər