25.02.2026, 02:37
AZ EN
24.02.2026, 21:45 106

Ceyhun Bayramov: Bir sıra ölkələrdə İslam dininə qarşı çevrilən diskriminasiya narahatlıq doğurur

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri üçün Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş iftar tədbirində iştirak və çıxış edib.

XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov çıxışında müqəddəs Ramazan ayının başlanması münasibətilə təbriklərini çatdırıb, ölkəmizə və dünyamıza sülh, əmin-amanlıq arzu edib. İslam dünyasını bir-birinə bağlayan bu müqəddəs ayın yüksək mənəvi dəyərləri aşıladığı vurğulanıb.

Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərlərində, o cümlədən müxtəlif icmaların nümayəndələrinin sülh içində birgə yaşayış təcrübəsində İslam dininin və Ramazan ayının xüsusi yeri və rolundan bəhs olunub.

Azərbaycanın, sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşən ölkə olaraq, multikulturalizm və dinlərarası harmoniyanı dövlət siyasətinin əsas sütunları kimi beynəlxalq səviyyədə təşviq etdiyi xatırlanıb.

Bununla belə, bir sıra ölkələrdə İslam dininə qarşı çevrilən diskriminasiya, islamofobiya meylləri, müsəlman aləmində baş verən münaqişələr nəticəsində yaranan qeyri-stabilliyin narahatlıq doğurduğu diqqətə çatdırılıb. İslam dünyasındakı birlik və həmrəyliyin bu kimi çağırışlarla mübarizədə əhəmiyyəti vurğulanıb.

Çıxışda həmçinin Yaxın Şərqdə vəziyyətə, xüsusilə Qəzzada davam edən humanitar böhranlara diqqət çəkilib, münaqişənin sülh yolu ilə həllinin vacibliyi qeyd olunub.

Daha sonra, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun duayeni, Mərakeş Krallığının ölkəmizdəki səfiri Adil Embarş çıxış edərək, Ramazan ayı münasibətilə təbriklərini diqqətə çatdırıb.

Sonda, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Ceyhun Rüstəmov tərəfindən iftar duası oxunub, tədbir iştirakçıları üçün iftar süfrəsi açılıb. (Report)

Oxşar xəbərlər