23.06.2025, 19:34
AZ EN
03.03.2023, 15:26 314

Kubalı jurnalist: Ağdama səfər burada baş verənləri öz gözlərimizlə görmək baxımından çox gözəl imkan yaradır

XƏBƏRLƏR
  • Bu səfər bizə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, o cümlədən Ağdamda baş verənləri öz gözlərimizlə görmək baxımından çox gözəl imkan yaradır.

Bunu Ağdama səfər edən kubalı jurnalist Viktor Karriba deyib.

“Biz bu ərazilərdə baş verən həqiqətlərə şahidlik edərək məlumatlar toplayırıq. Burada olan bütün binalar, o cümlədən tarixi və dini abidələr dağıdılıb, yerlə-yeksan edilib. Harada yerləşməsindən asılı olmayaraq dünyanın istənilən yerində bu məkanlara hörmətlə yanaşılmalıdır”, - deyə o bildirib.

Kubalı jurnalist Azərbaycan hökumətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərini yüksək qiymətləndirib. (AZƏRTAC)

Oxşar xəbərlər