Bu fikirləri Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Pakistan İslam Respublikasının Milli Günü münasibətilə martın 29-da keçirilən tədbirdə səsləndirib.
Azərbaycan və Pakistan arasında əlaqələrin möhkəm əsasının Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə qurulduğunu diqqətə çatdıran nazir ölkələrimiz arasında münasibətlərin hazırda yüksək səviyyədə uğurla davam etdirildiyini deyib.
V.Mustafayev bildirib ki, Azərbaycan və Pakistan arasında ticarət dövriyyəsi ildən-ilə artır. Ölkələrimizin müxtəlif sahələrdə uğurlu əməkdaşlığından, xeyli sayda sənədlərin imzalandığından danışan nazir vurğulayıb: "Azərbaycan xalqı Pakistan dövlətinin və xalqının dəstəyini yüksək qiymətləndirir. Əminik ki, dostluğumuz, əlaqələrimiz bundan sonra daha da dərinləşəcək və möhkəmlənəcək". (AZERTAC)