11.11.2024, 18:14
AZ EN
31.10.2024, 20:32 148

Ombudsman Aparatının rəhbəri Brüsseldə Ermənistanın müharibə cinayətləri barədə məlumat verib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı Brüsseldə Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin (ENNHRI) Baş Assambleyasında və “Silahlı münaqişələr vəziyyətində fəaliyyət göstərən Milli İnsan Hüquqları İnstitutlarının rolu və funksiyaları” mövzusunda keçirilmiş seminarda iştirak edib.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Aparat rəhbəri seminarda çıxışı zamanı Ombudsmanın beynəlxalq humanitar hüquq normalarının implementasiyası istiqamətində gördüyü işlər, münaqişə dövründə beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq həyata keçirdiyi fəaliyyəti barədə geniş məlumat verib.

A.Səfixanlı Azərbaycan ərazilərinin otuzillik işğalı dövründə Ermənistan tərəfindən beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğunu qeyd edib. O, Ermənistanın mina terrorundan danışaraq torpaqlarımızda basdırılmış minaların mülki şəxslərin həyat və sağlamlığına, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına ciddi maneə yaratdığını bildirib. Eyni zamanda, Birinci Qarabağ müharibəsindən indiyədək 4 minə yaxın azərbaycanlının itkin düşdüyü, onların taleyi barədə bu günədək ölkəmizə hər hansı məlumatın təqdim olunmadığı qeyd edilib.

Aparat rəhbəri İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə Ermənistanın mülki əhalinin hədəfə aldığı bölgələrimizdə, eləcə də işğal dövründə dağıdılmış ərazilərimizdə Ombudsman tərəfindən həyata keçirilmiş faktaraşdırıcı missiyaların nəticələrinə əsaslanan hesabatların, bəyanatların və müraciətlərin hazırlandığını, beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına təqdim olunduğunu diqqətə çatdırıb.

Aydın Səfixanlı, həmçinin ENNHRI-nin Baş Assambleyasında çıxış edərək, Azərbaycan Ombudsmanının insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, əldə olunan müsbət təcrübələr, beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. (Trend)

Oxşar xəbərlər