20.10.2024, 01:44
AZ EN
19.12.2022, 10:17 352

Fransız jurnalist: Qarabağda yaşayan erməniləri dəstəkləyən Fransa müstəqillik istəyən korsikalıları niyə həbsə atır?

XƏBƏRLƏR
  • Trend İnformasiya Agentliyinin Fransada təsis etdiyi "Lagazetteaz.fr" qəzetinin baş icraçı direktoru Jan-Mişel Brün qəzetdə Fransanın erməniləri dəstəklədiyi təqdirdə, müstəqillik üçün nümayişlər edən korsikalıları həbsə atdığı barədə məqalə dərc edib.

Jurnalistin fikrincə, Fransa adəti üzrə ermənipərəstliyi ilə Azərbaycanı tənqid etmək üçün yeni bəhanə tapıb: Laçın dəhlizində baş verən son hadisələr.

“Ermənistanı Qarabağla birləşdirən bu quru dəhliz suveren Azərbaycan dövlətinin ərazisindədir. Rusiya sülhməramlı qüvvələri 2020-ci ilin noyabrında 44 günlük müharibənin bitməsindən bəri bölgədə mövqe tutub.

Bu dəhliz vasitəsilə Qarabağda qalan erməni əhalisi üçün nəzərdə tutulan mallarla yanaşı, silah və ermənilər tərəfindən mədən sərvətlərinin qanunsuz istismarı üçün texnikanın da daşındığı bildirilir. Bunlara qızıl mədəni və mis-molibden mədəni daxildir. Məhz bütün bunların davamı olaraq, azərbaycanlı ekoloji fəallar bu yol üzərində etiraz aksiyası keçirirlər.

Bu hərəkətlər Fransa tərəfinin qərəzli tənqidi ilə qarşılanır, Azərbaycanı Xankəndini əsas təchizat yolundan məhrum etməkdə ittiham edir.

Həqiqətən gülməli haldır ki, bu fransız tənqidçilərinin səsi korsikalı müstəqillik fəallarının Parisdə terrorizm ittihamı ilə həbs edilərək zindana salınması və erməni paramilitar qruplarının isə azadlıq döyüşçüləri kimi görünməsi zamanı eşidilir”,- deyə Brün vurğulayıb.

Müəllif qeyd edir ki, əgər 20.000-ə yaxın Qarabağ ermənisi bütün diqqətin obyekti olursa, 400.000 korsikalının Parisdən azadlıq istəyinə necə mane olmaq olar?

“Əslində, Araik Harutunyanın dediyi kimi, Qarabağda qalan ermənilərin sayı bundan çox deyil. Fransa tərəfi məsələnin mahiyyətini qabartmaq üçün Qarabağda 100 min erməninin olmasından danışır, bu, çox güman ki, 1989-cu ildə sonuncu sovet siyahıya alınmasına aid olan köhnəlmiş rəqəmdir və bu, o vaxtlar ermənilər və azərbaycanlılar da daxil olmaqla Qarabağ əhalisinin ümumi sayına uyğun gəlirdi. Lakin o vaxtdan bəri bir çox hadisələr baş verib, o cümlədən o vaxt sayı təxminən 40.000 nəfər olan Qarabağ azərbaycanlılarının regiondan zorakılıqla qovulmasını burada qeyd etməliyik. Bundan başqa Qarabağ ermənilərinin Rusiyada və ya başqa yerlərdə daha yaxşı həyat dalınca kütləvi şəkildə mühacirəti baş verib.

Beləliklə, burdan belə başa düşülür ki, müstəqillik uğrunda mübarizə aparan yaxşı və pis fəallar və separatçılar var. Korsikadakılar açıq-aydın "yaxşı deyil". Yaxşı ilə pisi ayıran xətt hardadır, boş yerə məntiq axtarmayaq. Bəs Fransanın Qarabağda oynamağı təklif etdiyi rolu öz üzərinə götürmək üçün müstəqillik tərəfdarı olan korsikalıların köməyinə kim gələcək?”, -deyə məqalədə yekun olaraq qeyd olunub.

Oxşar xəbərlər