19.10.2024, 23:52
AZ EN
24.09.2024, 09:55 137

Ermənistan Meğri yolunu açmasa...

XƏBƏRLƏR
  • "Zəngəzur dəhlizi layihəsi bu məsələdə maraqlı olan tərəflərin hamısı ilə razılaşdırılıb. Dəhlizin nə vaxt açılacağı artıq Ermənistanla Rusiya arasında olan məsələdir. Azərbaycan sülh danışıqlarından Zəngəzur dəhlizi məsələsini çıxarıb. Ona görə də, İrəvan Moskva ilə bu prosesi öz arasında həll etməlidir".

"Vətən səsi" xəbər verir ki, bunu politoloq Zərdüşt Əlizadə bildirib. O, qeyd edib ki, rəsmi Bakı öz qərarında qətidir və səbrlə prosesin gedişatını izləyir. - Onun sözlərinə görə, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı proseslərin uzanmasından narahat deyil: "Amma Rusiya dəhlizlə bağlı iddialarından geri çəkilsə, proses bir qədər də sürətlənəcək və hansısa irəliləyişə nail olmaq mümkün olacaq. Lakin Ermənistan hökuməti özündə cəsarət tapıb Rusiya ilə açıq danışmalı, qəti mövqeyini ortaya qoymaqla məsələni həll etməlidir".

Zərdüşt Əlizadə dəhlizlə bağlı toqquşan maraqlar kontekstində İranın mövqeyinin xeyli dərəcədə zəif olduğu qənaətindədir. Onun fikrincə, əgər Ermənistan və Rusiya bu məsələd razılığa gələ bilməsə, Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana çıxış əldə edəcək: "Araz çayının sağ sahili ilə belə bir yolun açılması realdır. İrandan Culfaya qədər uzanan dəmir yolu xətti ilə belə bir imkan əldə etmək mümkündür. Yəni, Ermənistan Azərbaycanın şərtləri daxilində lazımi addımlar atmasa bunun ziyanını İrəvan özü çəkəcək. Başqa sözlə, Ermənistan Zəngəzur dəhlizi layihəsindən kənarda qalsa və Meğri yolu açılmasa, onun özü üçün çətinliklər yaranacaq. Çünki bu halda Azərbaycandan Ermənistan üçün heç bir yol açmayacaq. Əgər söhbət nəqliyyat kommuniaksiyalarının açılmasından gedirsə, Ermənistan mövcud vəziyyətə uyğun addım atmalıdır. Əks halda  Azərbaycanla Ermənistan arasında dəmir yolu xətti olmayacaq".

Elxan SALAHOV

Oxşar xəbərlər