19.10.2024, 15:38
AZ EN
14.10.2024, 07:30 222

Azərbaycan 6-cı Dünya Media Sammitində təmsil olunur

XƏBƏRLƏR
  • Çinin Sincan Uyğur Muxtar Rayonunun paytaxtı Urumçidə 6-cı Dünya Media Sammiti işə başlayıb.

“Sinxua” agentliyinin ev sahibliyi ilə keçirilən tədbirə təxminən 100 ölkənin 208 media qurumu, müvafiq dövlət orqanından 500-dən çox nümayəndə, o cümlədən beyin mərkəzlərinin rəhbərləri, tanınmış ekspertlər, BMT də daxil olmaqla beynəlxalq təşkilatların nümayəndələri qatılıb.

“Süni intellekt və medianın transformasiyası” devizi altında keçirilən sammitdə Azərbaycanı AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. (AZƏRTAC)

Oxşar xəbərlər