08.05.2025, 20:50
AZ EN
02.11.2022, 16:05 414

Rusiya sülhməramlı qüvvələrinin Qarabağı tərk etməsinə 920 gün qalıb

XƏBƏRLƏR
  • Ermənistan Dövlət Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB-yə  üzv dövlətlərin təhlükəsizlik şurası katiblərinin 10-cu görüşündə iştirak etmək üçün Moskvaya gedir. Baş nazirin mavini Mher Qriqoryan isə noyabrın 3-də Brüsseldə keçiriləcək sərhədlərin delimitasiya və təhlükəsizlik məsələləri komissiyasının  3-cü iclasında iştirak edəcək.

“Vətən səsi” xəbər veriri ki bu barədə məlumat yaya “lurer.com” erməni informasiya agentliyi hər iki rəsmi şəxsin getdikləri məkanda yenə də guya Azərbaycanın Ermənistana hücumu barədə məlumatları bölüşəcəklərini  yazır. Agentlik, həmçinin “belə bir xəbəri yaymağı özünə borc bilir ki,” yaxın zamanlarda Ermənistanda xarici kəşfiyyat xidməti yaradılacaq və bu da Ermənistanın təhlükəsizliyinə böyük töhfə olacaqdır.

Agentliyin digər xəbərlərində isə oktyabrın 30-da Xankəndində keçirilmiş mitinqin əks-sədası olaraq noyabrın 5-də İrəvanın Fransa meydanında “arsaxa dəstək”  aksiyaları keçiriləcəyi bildirilir və  əlavə olunur ki, parlamentin “Hayastan” fraksiyası noyabrın 1-də qapalı iclas keçirib. İclasda sözügedən mitinqdə iştitakçıların sayının çox olması üçün  “Qarabağ” klanı arasında təbliğat-təşviqat işlərinin gücləndirilməsi məsləhət görülüb. Qeyd olunub ki, Rusiya sülhməramlı qüvvələrinin Qarabağı tərk etməsinə 920 gün qalıb, “əgər heç bir şey etməsək, “arsaxı” həmişəlik itirəcəyik”.

Oxşar xəbərlər