22.11.2024, 21:41
AZ EN
06.01.2024, 18:27 224

Türkiyə XİN rəhbəri ilə Blinkenin görüşündə Azərbaycan-Ermənistan sülh danışıqları da müzakirə olunub

XƏBƏRLƏR
  • Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinken arasında görüş zamanı iki ölkə arasında münasibətlər hərtərəfli müzakirə olunub.

Bu barədə diplomatik mənbələr bildirib.

Bundan əlavə, nazir Fidan həmsöhbətinə Türkiyənin F-16-nın satınalma prosesinin yekunlaşmasını gözlədiyini bildirib.

O, həmçinin bildirib ki, İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı yekun qərarı ölkə parlamenti verəcək.

“İki nazir Qəzzada davam edən insan faciəsini də qiymətləndiriblər. İsrailin artan təcavüzünün bütün bölgə üçün təhdid olduğuna diqqət çəkən nazir Fidan, dərhal atəşkəs elan edilməsi və Qəzzaya fasiləsiz humanitar yardımların çatdırılması lazım olduğunu vurğulayıb. O, iki dövlətli həll üçün danışıqların mümkün qədər tez başlamasına çağırıb.

Qara dənizdə gərginliyin olmasını istəmədiyimizi bildirən nazir Fidan Rusiya və Ukraynada istehsal olunan qida məhsullarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması üçün göstərdiyimiz səylərə də toxunub.

Görüş zamanı Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar, Suriya və İraq kimi regional məsələlər də müzakirə olunub”. (APA)

Oxşar xəbərlər