22.11.2024, 08:17
AZ EN
05.04.2022, 14:00 474

Beynəlxalq Komissiyanın direktoru I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin meyit qalıqlarına baxış keçirib

XƏBƏRLƏR

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi”ndə I Qarabağ müharibəsi zamanı itkin düşmüş minlərlə vətəndaşlarımızın meyit qalıqlarının məhkəmə-tibbi müayinəsi və eyniləşdirilməsi prosesi ilə tanış olub.

Qeyd olunub ki, Azərbaycanda rəsmi səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) baş direktoru xanım Katrin Bomberger və İCMP-nin Siyasət və Əməkdaşlıq üzrə direktoru Andreas Kleyzer Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”ndə (MTE və PA Birliyi) olublar.

“MTE və PA Birliyi”nin baş direktoru Ədalət Həsənov qonaqları xüsusilə I Qarabağ müharibəsi zamanı itkin düşmüş minlərlə hərbi və mülki vətəndaşlarımızın meyit qalıqlarının məhkəmə-tibbi müayinəsi və eyniləşdirilməsi işində birlik əməkdaşlarının qarşısında duran vəzifələr barədə məlumatlandırıb.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə aşkar edilən kütləvi məzarlıqlarda meyit qalıqlarının məhkəmə-tibbi maddi sübutlar şəklində “MTE və PA Birliyi”nin müvafiq şöbələrində qəbulu təşkil edilir. Eyni zamanda, prokurorluq orqanlarının qərarları əsasında təqdim edilmiş meyit qalıqlarının məhkəmə-tibbi ekspertizası (məhkəmə-tibbi kriminalistik) həyata keçirilir.

Ölkə rəhbərliyinin tapşırığı ilə aidiyyəti hüquq-mühafizə orqanları ilə birlikdə I Qarabağ müharibəsi zamanı həlak olmuş və tanınmadan respublikanın müxtəlif şəhər və rayonlarında dəfn edilmiş naməlum şəhid məzarlarında da meyitlərin ekshumasiyası, meyit qalıqlarının məhkəmə-tibbi müayinəsi və genetik müayinələrin aparılması məqsədilə nümunələrin götürülməsi birlik əməkdaşları tərəfindən icra edilməsi vurğulanıb.

Öz növbəsində Beynəlxalq Komissiyanın baş direktoru işğaldan azad edilmiş ərazilərdə aşkar edilən Azərbaycan vətəndaşlarının meyit qalıqlarının məhkəmə-tibbi müayinəsində görülən işləri yüksək qiymətləndirib.

Daha sonra İCMP-nin rəhbərliyi “MTE və PA Birliyi”nin müvafiq şöbələrində, o cümlədən də Səhiyyə Nazirliyi tərəfindən bu məqsədlə xüsusi olaraq yeni yaradılmış II məhkəmə-tibbi kriminalistika şöbəsində itkin düşmüş şəxslərə məxsus meyit qalıqlarının məhkəmə-tibbi kriminalistik müayinəsi və saxlanılması şəraiti ilə yaxından tanış olublar, tematik mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. (“Report”)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR