23.12.2024, 18:35
AZ EN
08.10.2024, 11:16 240

Piter Teys: Qərbin Azərbaycana hücumlarına baxmayaraq, Bakıda keçiriləcək COP29 əsas hadisə olacaq

XƏBƏRLƏR
  • ABŞ və Fransanın ekoloji gündəliyin həyata keçirilməsi ilə bağlı Azərbaycana və digər ölkələrə təzyiq göstərməyə heç bir haqqı yoxdur.

Bunu amerikalı politoloq və beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib.

Ekspert qeyd edib ki, Azərbaycan qabaqcıl tədqiqatlara əsaslanaraq “yaşıl texnologiya”ların inkişafına və ətraf mühitin yaxşılaşdırılmasına mühüm töhfə verir.

“Rəsmi Vaşinqton və Parisin Bakıya qarşı diplomatik mövqeyi ikili standartları nümayiş etdirir. Bu qərəzli siyasətin əsası hələ 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin öz suveren ərazilərini erməni işğalından azad etdiyi vaxtdan etibarən qoyulub. Fransa və ABŞ Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsində heç bir rol oynamayıb. Bu səbəbdən hesab edirəm ki, Vaşinqton və Parisin ekoloji siyasət məsələlərində Azərbaycana və digər ölkələrə təzyiq göstərmək üçün heç bir hüququ yoxdur”, – o əlavə edib.

P.Teys vurğulayıb ki, Qərb dövlətlərinin hücumlarına və tənqidlərinə baxmayaraq, Azərbaycan beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməkdə davam edir.

Onun sözlərinə görə, COP29 hətta Qərb siyasətçilərinin, o cümlədən ABŞ Dövlət Departamentinə müraciət göndərmiş 60 ermənipərəst konqresmenin bu hadisəni və Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfəni ləkələmək cəhdləri qarşısında belə mühüm qlobal hadisə olacaq. (Report)

Oxşar xəbərlər