17.05.2024, 15:49
AZ EN
02.05.2024, 18:35 176

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

XƏBƏRLƏR
  • Bundan əvvəl keçirilmiş beş forumda da iştirak etmişəm. Azərbaycan dövləti mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verir. Çünki Azərbaycan multikultural ölkədir. Bunun göstəricilərindən biri kimi elə bu Forumu misal göstərmək olar.

Bu fikirləri açıqlamasında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver deyib.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın sülh və əmin-amanlıq üçün dialoqu prioritet hesab etdiyini vurğulayan A.Suver bildirib: “Digər çıxışçılar da intellektual və inanc baxımından bu dialoqun əhəmiyyətini vurğuladılar. Fikrimcə, bu panellərdə həm akademik dairələri, həm də din xadimlərinin bir araya gətirilməsi cəmiyyətin fərqli qruplarının bir-biri ilə daha da yaxınlaşmasına, fikirləri ilə tanış olmalarına fürsət yaradır. Bunun fərqində olan Azərbaycan 100-dən çox ölkənin müxtəlif qruplarını buraya dəvət etməklə iştirakçıların bir-biri ilə daha yaxından tanış olmalarına, dialoq vasitəsilə münaqişələrin azaldılmasına, qarşılıqlı anlaşmanın genişlənməsinə çalışır. Bu, təqdirəlayiq təşəbbüsdür. Çünki müxtəlif münaqişələr səbəbindən dünya müharibələr şəraitindədir. Bu vəziyyətdən çıxış yollarından biri də daha çox silahlanmaq yerinə, dialoq mühitinin genişləndirilməsinə töhfə verməkdən ibarətdir. Dünən açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyevin verdiyi mesajlar da bu istiqamətdə oldu. Müharibədə qalib gələn Ali Baş Komandanın dilindən dialoqun önəminin vurğulanması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi”. (AZERTAC)

Oxşar xəbərlər