Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin baş mühəndisi Çingiz Tanrıverdiyev ekoloji məsələlər üzrə işçi qrupun Ağdamda keçirilən növbəti iclasında deyib.
Onun sözlərinə görə, həmin sərhədlərə əsasən Ağdərə rayonun yaradılması ilə bağlı xəritələr hazırlanıb Prezident Administarsiyasına təqdim edilib:
"Xocalı, Xocavənd və Şuşa rayonları üzrə xəritələr hazırlanaraq Prezident Administarsiyasına təqdim edilib". (Report)