09.06.2025, 16:34
AZ EN
26.12.2024, 18:40 289

Beynəlxalq Türk Akademiyası təyyarə qəzasında həlak olanların xatirəsini ehtiramla anıb

XƏBƏRLƏR
  • Dekabrın 26-da Beynəlxalq Türk Akademiyasının kollektivi Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyinə gələrək bir gün əvvəl baş vermiş təyyarə qəzası qurbanlarının xatirəsini anıb.

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Asxat Kesikbayev kollektiv adından başsağlığı kitabına ürək sözlərini yazıb.

Akademiya qardaş Azərbaycan xalqına və bu faciədən zərər çəkmiş hər kəsə dərin hüznlə başsağlığı verib. (AZERTAC)

Oxşar xəbərlər