20.04.2025, 06:06
AZ EN
10.07.2024, 11:25 329

Azad olunmuş ərazilərdə seçki məntəqələrinin sayı yenə artacaq

XƏBƏRLƏR
  • 125 seçki dairəsi üzrə 6400-dən artıq məntəqədə seçkilərin keçirilməsi üçün şərait yaradırıq.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-da dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

MSK sədri bildirib ki, xüsusilə azad olunmuş ərazilərdə Milli Məclisə seçkilərədə də ilk dəfə vətəndaşlar səs verəcək: “Azad olunmuş ərazilərdə seçki məntəqələrinin sayı artacaq. Elə dünən orada 8 məntəqə yaratdıq. Bu dəfə azad olunmuş ərazilərdə seçkilər daha geniş şəraitdə keçiriləcək. O bölgədəki seçkilərə xüsusi fikir veririk”.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib. (Trend)

Oxşar xəbərlər