Bunu İrəvanda səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn "Azadlıq radiosu"na açıqlamasında deyib.
Obraynın sözlərinə görə, sülh sazişi imzalanmasının vaxtı çatıb:
“Niyə indi vaxtdır? Orta Asiyadan Aralıq dənizinə ticarət yolu qurmaq üçün nəsildə bir dəfə fürsət var. Bu, o zaman baş verə bilər ki, Ermənistanla Azərbaycan arasında sülh olsun".
O, bildirib ki, Vaşinqton region xalqlarının uzunmüddətli sülh sazişi bağlamaq üçün qanuni istəyini dəstəkləyir:
“Hansı rolu oynayıb-oynamayacağımıza hər iki tərəf qərar verir. Biz regionda super güc olmaq iddiasında deyilik. Sadəcə region xalqlarının uzunmüddətli sülh sazişi bağlamaq üçün qanuni istəyini dəstəkləmək üçün buradayıq. İndiki mərhələdə tərəflər bir-biri ilə birbaşa danışıqlarda kifayət qədər bacarıqlıdırlar”. (Report)