09.06.2025, 14:17
AZ EN
13.01.2024, 17:07 269

MSK sədrinin müavini: Seçkilərlə bağlı yaradılan müstəqil media mərkəzi sabahdan fəaliyyətə başlayacaq

XƏBƏRLƏR
  • Seçki prosesi ilə bağlı bütün məntəqələrdə veb-kameralar quraşdırılıb.

Bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov komissiyanın yanvarın 13-də keçirilən iclasında deyib.

R.Qasımovun sözlərinə görə, MSK çalışır ki, veb-kameraların quraşdırılmasına bütün ölkə coğrafiyası cəlb edilsin.

“Hər seçkidən əvvəl məlumatlılıq məqsədilə seçki qərargahı yaradılır. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar yaradılan müstəqil media mərkəzi sabahdan fəaliyyətə başlayacaq. Biz buraya peşəkar media nümayəndələrini cəlb etmişik”, - deyə Rövzət Qasımov bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər