Bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Mən bu gün Bərdədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndə heyətinin Qarabağdakı insanlara dəstək olan böyük əməyinin şahidi oldum”, - paylaşımda qeyd edilib.
Səfir vurğulayıb ki, keçmiş təmas xəttinə yaxın yaşamaq insanlar üçün ağır olmuşdu: “Mina riski hələ də bir çox ərazilərdə təhlükə yaradır”. (Report)