23.12.2024, 14:41
AZ EN
03.05.2024, 09:31 280

Ermənilər Azərbaycana qaytarılacaq ərazinin xəritəsini yaydı

XƏBƏRLƏR
  • Qazaxın işğal altındakı 4 kəndinin Azərbaycana qaytarılıması ilə əlaqədar Ermənistanın Azərbaycana təhvil verəcəyi ərazilərə dair xəritə yayılıb.

"Vətən səsi" xəbər verir ki, Ermənistan mətbuatının yaydığı xəritəyə əsasən, Qazax-Tavuş istiqamətində sərhədin demarkasiyası nəticəsində ermənilərin yaşadığı Kirants kəndi iki hissəyə bölünəcək. Ermənilər işğal dövründə sərhəd xəttini keçərək, Azərbaycan ərazisində məskunlaşıb. Hazırda aparılan demarkasiya ilə sərhədin qanunsuz pozulması halı aradan qaldırılır.

Ermənistan mediasında Kirants kəndində demarkasiya nəticəsində Azərbaycanın nəzarətinə keçəcək ərazilərlə bağlı xəritəni erməni jurnalist Davit Qalstyan yayıb. O, qeyd edib ki, əldə olunmuş razılığa əsasən, Kirantsda 0,18 kvadratkilometr ərazi Azərbaycana qaytarılacaq.

Xəritədə bənövşəyi rəngdə verilmiş hissənin Azərbaycana qaytarılacaq ərazilər olduğu bildirilir.

Elxan SALAHOV

Oxşar xəbərlər