Bu sözləri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi" mövzusunda keçirilən konfransda deyib.
“İşğal dövründə yerlə-yeksan edilmiş şəhər və kəndlər bərpa olunur. Hava limanları, yollar, körpülər, tunellər, digər obyektlər inşa edilir, elektrik və su xətləri çəkilir. Məcburi köçkünlər öz doğma ata-baba yurdlarına qayıdırlar. Bu proses təkcə fiziki bərpa deyil, qanunun, ədalətin və suverenliyin təcəssümüdür”, - deyə o əlavə edib. (AZƏRTAC)