Bunu Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, hazırda sülh və təhlükəsizlik məsələləri bütün dünyanın gündəmindədir: "Belə bir məqamda Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki mina problemi dünya üçün qara ləkədir. Hazırda dövlətin qadın siyasətində qadın hüquqlarının, gender bərabərliyinin və ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması məsələsi öndə dayanır. Hələ 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və İSESCO-nun dəstəyi ilə Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” Forumu keçirilmişdi. O zaman bu mövzu Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə geniş müzakirə edildi. Həmin forum çərçivəsində qəbul edilən yekun sənəddə qarşıya qoyulan vəzifələrin icrası üçün xeyli işlər görülüb". (Report)