"Vətən səsi" xəbər verir ki, bunu bunu erməni ekspert Daniel İoannisyan deyib. O bildirib ki, Ermənistan üçün ən yaxşı ssenari 1991-ci il xəritələridir: "Bizdən güclü olan Azərbaycanın 1991-ci il xəritələri əsasında demarkasiyanın aparılmasına razılıq verməsi Ermənistan üçün çox yaxşıdır".
Daniel İoannisyan bildirib ki, Paşinyan hökumətinə müxalif qüvvələr Azərbaycan-Ermənistan sərhədinin demarkasiya prosesinin 1993-cü ildəki təmas xətti boyunca aparılmasını təklif edir. Amma onun fikrincə, həmin təkliflərin masaya gətirilməsi və tərəflər arasında müzakirəyə çıxarılması ermənilərin maraqlarına uyğun deyil: "Çünki bu cür yanaşma qarşı tərəfin əks arqumentlərini gücləndirəcək və nəticədə Ermənistan hazırkı ərazilərinin böyük hissəsini itirə bilər: "Azərbaycan da təklif edə bilər ki, proses 1918-ci il Yelizavetpol quberniyasının xəritəsi əsasında aparılsın. O isə bizə sərf etmir, çünki həmin xəritələrə əsasən Zəngəzur (Sünik) və Tavuşun böyük hissəsi Ermənistanın nəzarətində deyil. Həmin xəritələr danışıqlar mövzusu olsa, delimitasiya prosesinin hansı sənədlə aparılması məsələləri mübahisəyə səbəb olacaq. Belə mübahisələr isə müharibə ilə nəticələnəcək. Beləliklə biz əlimizdə olanların çox hissəsini itirəcəyik. “Xilaskar” hesab etdiyimiz üçüncü tərəfdən asılılığımız artacaq”.
Elxan SALAHOV