22.11.2024, 08:33
AZ EN
26.04.2024, 17:34 212

Ermənistan hakimiyyəti delimitasiya prosesindən razıdır

XƏBƏRLƏR
  • Ermənistanın hakim “Mülki müqavilə” partiyasının Təşəbbüs Qrupunun iclası keçirilib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı partiyanın mətbuat xidmətinə istinadən məlumat yayıb. Bildirilir ki, İdarə Heyətinin sədri, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesinin başlanması ilə bağlı məruzə edib və görüş iştirakçılarının suallarını cavablandırıb. Paşinyan prosesin gedişini müsbət qiymətləndirib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Azərbvaycanla sərhədlərin demilitasiyası prosesinin gedişindən razıdır. Erməni mətbuatı yazır ki, Ararat Mirzoyan ilə Serbiya Respublikasının baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç arasında telefon danışığında prosesin gedişi barədə serb həmkarını məlumatlandırıb. Bildirilir ki, tərəflər ikitərəfli əməkdaşlıq və gündəliklə duran məsələlərə dair fikir mübadiləsi aparıblar.

Nazirlər həmçinin regional məsələləri müzakirə ediblər. Mirzoyan Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinin, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının, o cümlədən delimitasiya prosesində ərazi bütövlüyü prinsipinə qeyd-şərtsiz riayət edilməsinin və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyin vacibliyini vurğulayıb.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR