21.11.2024, 23:06
AZ EN
19.04.2024, 11:49 294

Deputat: Sülhməramlıların çıxarılmasından sonra ikitərəfli dostluq münasibətləri daha da güclənəcək

XƏBƏRLƏR
  • Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulması və prosesin məntiqi sonluğa çatdırılması Prezident İlham Əliyevin qətiyyətli və prinsipial siyasətinin nəticəsidir. 10 noyabr sazişində sülhməramlıların 2025-ə qədər müvəqqəti yerləşdirilməsi maddəsinin sənəddə əksini tapmasını məhz Prezident İlham Əliyev israr etmişdi.

Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib.

O qeyd edib ki, məhz Prezident İlham Əliyevin Qarabağla bağlı apardığı uğurlu siyasət nəticəsində Rusiya tərəfi sülhməramlıların Qarabağdan çıxarılması barədə qərar qəbul etdi.

“Heç şübhəsiz ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması həm də Azərbaycan-Rusiya münasibətlərinin və iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir. Ölkələrin münasibətləri yüksək idi, sülhməramlıların çıxarılmasından sonra ikitərəfli dostluq münasibətləri daha da güclənəcək.

Eyni zamanda, Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasına ABŞ-nin reaksiyası ciddi təəssüf doğurur. Dövlət Departamentinin nümayəndəsinin bu məsələni şərh edərkən Rusiyanın “etibarsız müttəfiq olduğunu” bildirməsi, sülhməramlıların Qarabağdan çıxarılmasını alqışlamaması, əksinə, mənfi tərzdə şərh etməsi ABŞ-nin riyakayarlığının göstəricisidir.

Bu, bir daha onu göstərir ki, ABŞ və Fransa münaqişənin həllinin ən böyük əleyhdarlarıdırlar və onlar münaqişənin bitməsini istəmirlər.

İndiyədək dünyanın bütün bölgələrindən Rusiyanı sıxışdırmağa çalışan ABŞ Qarabağdakı sülhməramlılara yanaşmada fərqli mövqe ortaya qoydu.

Dəfələrlə Rusiyanı Dnestryanı, Abxaziya, Cənubi Osetiyadan sülhməramlı kontingenti çıxarmağa çağıran, 2022-ci ilin yanvarında ODKB qüvvələrinin Qazaxıstandan çıxarılmasını alqışlayan ABŞ bu dəfə məyusluğunu nümayiş etdirdi”, - deyə deputat əlavə edib. (Trend)

Oxşar xəbərlər