"Vətən səsi" xəbər verir ki, bu barədə Rusiyanın Veterinar və Fitosanitar Nəzarət Xidmətinin (Rosselxoznadzor) Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin rəhbərinə göndərdiyi məktubda bildirilib. Moskvanın İrəvana qadağasının rəsmi izahatı budur ki, aprel ayından Ermənistan meyvə-tərəvəzlərində pestisidlərin olması yüksəkdir.
Məktub iyulun 4-də “Rosselxoznadzor”un sədr müavini Karmazinin imzası ilə göndərilib. Məktuba əlavə olaraq məhsullarının Rusiyaya tədarükü qadağan edilən tədarükçü şirkətlərin 18 səhifəlik siyahısı verilmişdir ki, bu da bütün meyvə-tərəvəz istehsalçılarını nəzərdə tutur.
Elxan SALAHOV